ABŞ-ın Ermənistandakı səfiri Qarabağa "statusdan" danışdı 

11:29 23.08.2021 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

ABŞ-ın Ermənistandakı səfiri Linn Treysi yenidən artıq tarixə qovuşmuş Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bəyanat verib.

Hafta.az "Armenpress"ə istinadla xəbər verir ki, İrəvanın mövqeyinə yaxın çıxış edən səfir qeyd edib ki, Dağlıq Qarabağın statusu hələ müəyyən edilməyib. Bu səbəbdən, son vaxtlar bölgədə baş verən müharibənin nəticələrinin aradan qaldırılmayıb və münaqişənin həlli mümkün olmayıb.

Təhlükəsizlik və sərhəd olaykları ilə bağlı məsələ barədə də danışan səfir deyib ki, bununla bağlı mövqeyini artıq açıqlayıb:

"Yaxşı bilirsiniz, iyulda mən olayların qeydə alındığı Kəlbəcərlə sərhəd vilayətlərə səfər etdim. Bir daha bildirirəm ki, biz zorakılığa son qoymağa və gərginliyi azaltmağa çağırırıq".  

Linn Treysi bu problemlərin həllinin son dərəcə vacib olduğunu vurğulayıb: "Xüsusən də mülki əhali münaqişənin episentrində olduğu üçün onun təhlükəsizliyi təhlükə altındadır, buna görə də bütün bunları nəzərə alaraq bu problemlərin həlli təcili hala gəlir".

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə status məsələsi ilə bağlı rəsmi Bakının mövqeyini açıqlayıb və heç bir status olmayacağını deyib.